Saatlıda “Erkən nikah və onun fəsadları” mövzusunda seminar keçirilib
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin birgə təşkilatçılığı ilə Saatlı rayonu O.Mirzəyev adına Şirinbəyli kənd tam orta məktəbdə “Erkən nikah və onun fəsadları” mövzusunda seminar keçilirib.
AZ24.az xəbər verir ki, mövzu ilə bağlı çıxış edənlər qeyd etdilər ki, erkən nikah yaşı 18-dən az olan gənclərin nikaha daxil olmasıdır.
Qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələri onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir və erkən nigahların qarşısının alınması üçün cəmiyyətin hər bir fərdinin səfərbər olunmasının vacibliyi vurğulanıb. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Sonra seminar diskussiya formasında gənclərin aktiv iştirakı ilə davam etdirilib.





Reklam
Oxşar xəbərlər
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?
Yağış, çiskin, duman – Sabahın havası
Bu xəstəxana yeni adla fəaliyyət göstərir