Dünyanın ən yaxşı 100 yeməyi AÇIQLANDI – SİYAHI
Nüfuzlu qastronomiya platformalarından biri olan “TasteAtlas” böyük maraqla gözlənilən “Dünyanın ən yaxşı 100 yeməyi” siyahısını açıqlayıb.
Az24.az xəbər verir ki, siyahıdaçökertme kababı 7-ci, cağ kababı isə 9-cu yerdə qərarlaşaraq ilk 10-luğa düşən iki türk yeməyi olub. Ümumilikdə siyahıya 7 türk ləzzəti daxil edilib.
TasteAtlas-ın dərc etdiyi siyahıda 11 mindən çox yemək 367 mindən artıq səs əsasında qiymətləndirilib.
Siyahının zirvəsində Kolumbiya mətbəxinin bayram yeməyi lechona yer alıb. Onu Neapolun simvolu olan napoletana pizzası və Braziliyanın məşhur yeməyi picanha izləyib.
Bodrumun çökertme kababı və Erzurumun cağ kababı isə ilk 10-luğa daxil olaraq qlobal gastronomiya səhnəsində güclü mövqe əldə edib.
İlk 100-lükdə əlavə olaraq İskəndər kababı, quzu şiş, Adana kababı, hünkar bəyəndi və islama köfte də yer alıb.
TasteAtlas-ın bu ilki siyahısında ilk 10-luğa iki yeməklə daxil olan yeganə ölkə Türkiyə olub.
Reklam
Oxşar xəbərlər
Qarşınızdakı şəxsin xaosa meyilli olduğunu göstərən 7 ƏLAMƏT
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR
Ən problemli BÜRCLƏR
Eyfel qülləsini 2 dəfə satdı – Dünyanı aldadan adamın HƏYAT HEKAYƏSİ
Bu qidaları soyuducuda saxlamaq olmaz – XƏBƏRDARLIQ
SSRİ-nin ilk milyonçusu olan azərbaycanlı niyə dəlixanaya düşdü və ac öldü? – FOTOLAR