Yaxın zamanda Zəngəzur dəhlizinin tikintisinə başlanılacaq – Nazir
Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun bərpasının layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq.
Az24.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə bildirib.
Onun sözlərinə görə, hazırda ildə 15 milyon tona qədər buraxılış qabiliyyəti olan Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır: “Horadiz-Ağbənd dəmir yolu ilə bağlı işlər 2026-cı ildə tamamlanacaq. Paralel olaraq, Azərbaycan Naxçıvandan keçən, təxminən 200 kilometrlik dəmir yolu hissəsinin bərpası üzərində işləyir. Biz bu magistralın layihələndirilməsini başa çatdırırıq və yaxın zamanda tikinti işlərinə başlayacağıq. Bir neçə gün sonra “Azərbaycan Dəmir Yolları” bu layihənin icrasına başlayacaq”.
Nazir vurğulayıb ki, bu ilin fevral ayından Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycan dəmir yollarının strukturuna inteqrasiya edilib: “Bu, nəqliyyat əməliyyatlarının və logistik proseslərin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Cari ilin 10 ayı ərzində Bakı limanında Azərbaycan dəmir yolları tərəfindən emal olunan yüklərin miqdarı təxminən 40 % artıb”. (modern.az)
Reklam
Oxşar xəbərlər
Prezidentin BƏƏ-yə səfəri başa çatdı
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
“Azərbaycan Tayvanın müstəqilliyini tanımır” – Ceyhun Bayramov
Baş Nazirdən yeni QƏRAR
“Epşteyn işi”ndə adı hallanan Elmar Məmmədyarovdan AÇIQLAMA
Bakı oyuna girir: İran gərginliyində KRİTİK ZƏNG
İrana hücum hazırlığı bitdi: Bir azdan “sükut” pozulacaq
Prezident bu icra başçısını işdən çıxardı – FOTO