Dünyada hər 3 dəqiqədə ən azı bir qadın öldürülür
Milli Məclisin iclasında çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova diqqəti ciddi bir problemə cəlb edib.
Az24.az musavat.com-a istinadla xəbər verir ki, H.Hüseynova ölkədə qadınlara qarşı zorakılıq hallarının artmasından narahatlığını ifadə edib:
“Əfsuslar olsun ki, zorakılıq, xüsusən də qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır. Dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər üç dəqiqədə ən azı bir qadın öldürülür.
1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” elan edib. Bu il bu günün 26 ili tamam olur. Nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də, hələ də belə hallar var”.
Komitə sədri bildirib ki, hələ də zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var:
“Bu bizim ailə dəyərlərimizə yaraşmayan hallardır. Zorakılıq yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də biz daha çox maarifləndirmə işləri aparmalıyıq, daha çox çalışmalıyıq ki, qadın və qızlarımız zorakı davranışa məruz qalmasınlar”.
Reklam
Oxşar xəbərlər
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?
Yağış, çiskin, duman – Sabahın havası
Bu xəstəxana yeni adla fəaliyyət göstərir