Dilarə Əliyeva dünyaca məşhur jurnalın üz qabığında – FOTOLAR
Əməkdar artist Dilarə Əliyeva ilkə imza atıb.
Az24.az OLAY-a istinadla xəbər verir ki, dünyaca məşhur “Harpers Bazaar” jurnalının İsveç bürosu sənətçidən müsahibə alıb.
“Görüşümüz Norveçdə baş tutdu, gizli saxladım ki, sürpriz olsun”, – deyə, Dilarə sosial media hesabında yazıb.
Dərginin üz qabığında yer alan aktrisanın müsahibəsi “Azərbaycanın Əməkdar artisti emosiyanı sənətə necə çevirir” başlığı altında yayımlanıb.
Dilara Əliyeva müsahibədə sənət yolundan, komediya və dramın fərqlərindən, həmçinin süni intellektin incəsənətə təsirindən danışıb. O bildirib ki, komediya “insanın dərdini gülərək danışmaq sənətidir” və bunun üçün müşahidə, dəqiqlik və zəkaya ehtiyac var. Stend-ap layihəsi “Mintonasiya” barədə danışan aktrisa bu janrın ona tam azadlıq verdiyini qeyd edib.
Kamera qarşısına keçən sənətçi fərqli görüntüsü ilə də diqqət çəkib.




Reklam
Oxşar xəbərlər
10 min versələr də, efirdə fırt-fırt xəngəl yemərəm – Nazilədən Aşıq Telliyə ATMACA
“Taşacak Bu Deniz”in ulduzlarına “O Səs Türkiyə”dən TƏKLİF
“Bahar”ın yayım günü dəyişdi
Həbsdən çıxan Rəqsanədən ilk açıqlama – VİDEO
Tacir Şahmalıoğlunun oğlu nişanlandı – VİDEO