“Zita və Gita”nın “Şaka”sı vəfat etdi
Hindistan kino sənətinin ən sevilən və nüfuzlu simalarından biri olan Dharmendra 89 yaşında dünyasını dəyişib.
Az24.az xəbər verir ki, əfsanəvi aktyor səhhətində yaranan problemlər səbəbindən ölümündən bir neçə gün əvvəl Mumbaydakı xəstəxanaya yerləşdirilmiş və orada müalicə alırmış.
Dharmendra uzun və parlaq karyerası ərzində yüzlərlə filmdə rol alaraq dünya kino tarixində özünəməxsus iz qoyub. Azərbaycan tamaşaçıları onu xüsusilə “Zita və Gita”, eləcə də “Əlibaba və qırx quldur” filmlərindəki obrazları ilə tanıyırlar. Bu rollar ona Hindistandan kənarda da böyük populyarlıq qazandırmışdı.
Bollywood ulduzu Hema Malininin həyat yoldaşı olan Dharmendranın vəfatı həm Hindistan kino ictimaiyyəti, həm də dünya kinosevərləri arasında böyük kədər yaradıb.


Reklam
Oxşar xəbərlər
Qalmaqal yaradan YAZIŞMALAR: Epşteyn şahzadəyə nə təklif edib?
“Özümü əla hiss edirəm” – Tramp
Hücum edərlərsə, İsraili vurarıq – İran ABŞ-ı HƏDƏLƏDİ
Epşteynin yanından ayrılmayan sirli qadın kimdir? – FOTOLAR
Maskın sərvəti açıqlandı – Dünyada birinci oldu
Bu disklərin içindəkilər paylaşılanda QİYAMƏT QOPACAQ
Kral ailəsində Epşteyn zəlzələsi – Saraydan qovdular
ABŞ İranın tələbini qəbul etdi – Görüşlər bu ölkədə olacaq