Zəngəzurda nəhəng dağların arasından yol çəkilir – VİDEO
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Şərqi Zəngəzur və Qarabağda icra olunan ən mühim yol layihələrindən biridir.
Az24.az xəbər verir ki, ümumi uzunluğu 82 kilometr olan bu yol Göygöl və Kəlbəcər arasında birbaşa əlaqə yaradır.
Yolun Toğanalı-Kəlbəcər hissəsi 56, Kəlbəcər-İstisu hissəsi isə 26 kilometr təşkil edir.
Marşrutun 16 kilometrliyindən Murovdağ silsiləsi başlayır və relyef kəskin dəyişir.
Həmin dağ silsiləsinin sərt qayalarından keçən tunel Azərbaycan yol infrastrukturunda yeni mərhələni açıb.
Bu tunel Murovdağ silsiləsinin sərt və keçilməzliyinin qarşısını almaq üçün inşa edilib.
Burada isə yeni texnologiyalardan istifadə olunub.
İki il ərzində inşa edilən tunel qazma-partlama üsulu ilə ərsəyə gətirilib.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
Reklam
Oxşar xəbərlər
Evlərini kirayə verənlərə ŞAD XƏBƏR – Gələn ildən…
Baş Prokurorluq bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Sabah da qar yağacaq, 15 dərəcə şaxta olacaq
Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi – FOTO
Qaz limiti ilə bağlı VACİB AÇIQLAMA: Dekabrın 31-i saat 00:00-da…