Zəngəzur dəhlizi ilə bağlı işçi qrup yaradıldı
ABŞ və Ermənistan “Tramp Marşrutu” (Zəngəzur dəhlizi) layihəsinin icrasını sürətləndirmək üçün yeni birgə işçi qrupu yaradıb.
Az24.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibinin siyasi məsələlər üzrə müavini Huker Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı Vaşinqton–İrəvan əməkdaşlığının genişlənməsi və regional proseslərdə əldə olunan irəliləyişlər barədə danışıb.
Görüşdə vurğulanıb ki, son aylarda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətindəki addımlar Cənubi Qafqazın yeni ticarət dəhlizi kimi formalaşması üçün ciddi perspektivlər açır.
Hukerin sözlərinə görə, “Tramp Marşrutu” adlandırılan layihə regionu Avropa və Yaxın Şərq bazarları ilə birləşdirə biləcək strateji nəqliyyat xətti kimi dəyərləndirilir. Sözügedən marşrutun texniki, siyasi və iqtisadi koordinasiyasını həyata keçirmək üçün xüsusi işçi qrupu yaradılıb.
İşçi qrupuna ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Koulter rəhbərlik edəcək.
Reklam
Oxşar xəbərlər
Prezidentin BƏƏ-yə səfəri başa çatdı
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
“Azərbaycan Tayvanın müstəqilliyini tanımır” – Ceyhun Bayramov
Baş Nazirdən yeni QƏRAR
“Epşteyn işi”ndə adı hallanan Elmar Məmmədyarovdan AÇIQLAMA
Bakı oyuna girir: İran gərginliyində KRİTİK ZƏNG
İrana hücum hazırlığı bitdi: Bir azdan “sükut” pozulacaq
Prezident bu icra başçısını işdən çıxardı – FOTO