Zelenskinin mövqeyi məni məyus etdi – Trampın sülh danışıqlarına reaksiyası

Zelenskinin mövqeyi məni məyus etdi – Trampın sülh danışıqlarına reaksiyası

Siyasət 08.12.2025 10:06 24

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin Rusiya–Ukrayna müharibəsini bitirməyə yönəlmiş sülh planına kifayət qədər maraq göstərmədiyini bildirib.

Az24.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp “Zelenskinin təklifi hələ oxumamış olması məni bir az məyus etdi”, – deyə bildirib.

Tramp Rusiyanın sülhə daha meyilli olduğunu düşündüyünü, Zelenskinin isə sülh planı layihəsinə hələ baxmadığını iddia edib.

Ukrayna Prezidenti Zelenski isə günün əvvəlində verdiyi açıqlamada, sülhün tamamilə Rusiyanın davranışından və beynəlxalq təzyiqdən asılı olduğunu deyib. O, Rusiyanın hücumlarını “terror əməlləri” kimi səciyyələndirərək, Moskvanın bütün hərəkətlərinə görə cavabdeh tutulmalı olduğunu vurğulayıb.

Zelenski ABŞ-al aparılan son danışıqları “konstruktiv, amma çətin” adlandırıb. Trampın tənqidi fikirlərinin Zelenskinin bu bəyanatlarından dərhal sonra səslənməsi diqqət çəkib.

Dəniz

Reklam