Zədələnmiş nömrə nişanları belə dəyişdirilir – Sürücülərin doğru bildiyi SƏHV
Avtomobillərin dövlət qeydiyyat nişanları yalnız xüsusi hallarda yenisi ilə əvəz olunur və bu prosesin necə aparılması ilə bağlı sürücülər arasında bəzən yanlış təsəvvürlər yaranır.
Az24.az avtosfer.az-a istinadla xəbər verir ki, əgər avtomobilin nömrə nişanı hər hansı səbəbdən zədələnibsə, rəngi solubsa və ya ümumiyyətlə oxunmaz vəziyyətə düşübsə, sürücü həmin nişanı dəyişdirməlidir.
Bəzi sürücülər hesab edirlər ki, nömrəni dəyişmək üçün avtomobili də Qeydiyyat-İmtahan idarəsinə aparmaq lazımdır. Əslində isə belə bir tələb yoxdur. Proses olduqca sadədir: sürücü yalnız nömrə nişanlarını və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini götürüb Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə yaxınlaşmalıdır. Orada zədələnmiş nişanlar təhvil verilir və həmin anda yeni nömrələr təqdim olunur.
Xidmətin rüsumu da qanunla müəyyən olunub. Əgər hər iki nömrə nişanı dəyişdirilirsə, sürücü 30 manat ödəməlidir. Yalnız bir ədəd nömrə dəyişdirilirsə, bu zaman rüsum 15 manat təşkil edir.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq, 8 dərəcə şaxta olacaq – XƏBƏRDARLIQ
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır