Zaur Səidənin CAVABINI VERDİ: Onun tək istəyi…

Zaur Səidənin CAVABINI VERDİ: Onun tək istəyi…

Şou 13.01.2026 12:50 61

Aparıcı Zaur Nəbioğlu həmkarı Səidə Bəkirqızının ittiham və təhqirlərinə cavab verib.

Az24.az xəbər veror ki, S.Bəkirqızı Zauru aparıcısı olduğu verilişdə əxlaqsızlığı təbliğ etməkdə günahlandırmışdı.

Zaurun cavabı gecikməyib:

“Yaxşı jurnalist də olmaq olar, çox zaman haqlı da danışa bilərsən, çox zaman həqiqəti söyləməyə cəhd də edə bilərsən. Amma eyni formatda olan verilişin birinə gedib “səndən yoxdur” deyib, o birini təhqir edə bilməzsən. Jurnalist təhqirlə, tənqidi ayıra bilmirsə, o necə jurnalist ola bilər? Mənim bütün jurnalistlərə, hətta yeni başlayanlara da hörmətim var. Mən öz işimdəyəm. Kimsə işdən çıxarılanda, hansısa problemi olanda mənim adımı çəkir. Məni təhqir edir. Nə var ki çoxlu bəyənilsin. Onun məqsədi diqqəti cəlb etməkdir. Hər haqqı söyləmək də hər kəsin haqqı deyil. Sən bu haqqı özündə görürsən, amma sənin belə haqqın yoxdur”.

Nəbioğlu bildirib ki, onun verilişində Alim Qasımov, Nazpəri Dostəliyeva, Məsum İbrahimov, Nəzakət Teymurova kimi tanınmış sənətkarlar qonaq olub.

Dəniz

Reklam