Zaqatalada bir ailənin 4 üzvü dəm zəhərləndi
Zaqatalada qazdan zəhərlənmə faktı qeydə alınıb.
Az24.az xəbər verir ki, hadisə ötən gün axşam saat 22:00 radələrində Zaqatala şəhəri Ərəblinski küçəsi, 50 ünvanında baş verib.
1960-cı il təvəllüdlü Sura Vəliyullah qızı Səmədova, 1994-cü il təvəllüdlü İranə İlham qızı Səmədova, 2020-ci il təvəllüdlü İsrafil Polad oğlu Səmədsoy və 2024-cü il təvəllüdlü Elisa Polad qızı Səmədsoy zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Birinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Müayinə zamanı məlum olub ki, bir ailənin dörd üzvü, o cümlədən iki azyaşlı qazdan zəhərlənib. Zəruri tibbi yardım göstərildikdən sonra ana İranə Səmədova və övladları İsrafil və Elisa Səmədsoyların vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.
Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Reklam
Oxşar xəbərlər
Bakıda qəfil halı pisləşən gənc qız öldü
Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO
SON DƏQİQƏ: Bakı metrosunda ölüm
Keçmiş icra başçısının oğlu qonşusunu güllələdi – YENİLƏNİB
Sərxoş sürücü yolda təhlükə yaratdı – ANBAAN VİDEO
Vəfat edən biznesmen vəzifəli şəxsin atası imiş – FOTO
Bakıda AĞIR QƏZA: Maşın beton arakəsməyə çırpıldı – VİDEO
Türkiyəli tələbələr Naxçıvanda dəm qazdan boğuldular