Zaqatala şəhərində yırtıcı heyvanlar evlərə hücum etdi – VİDEO
Zaqatala şəhərində yırtıcı heyvanlar evlərə hücum edir.
Az24.az xəbər verir ki, yerli sakinlərin Lent.az-a bildirdiyinə görə, son vaxtlar tülkülər şəhər ərazisindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrinə soxularaq toyuq-cücəni yeyir.
Sakinlərin sözlərinə görə, əvvəllər tülkülər gecə saatlarında həyətlərə soxulurdusa, indi artıq gündüz vaxtı gəlirlər.
Sakinlər həmçinin tülkülərin görüntüsünü də saytımıza təqdim edib.
Yaşayış evlərinin yaxınlığında vəhşi heyvanların görünməsini burada yaşayan ailələrin, xüsusilə də uşaqlar üçün təhlükə yarada biləcəyindən yerli əhali arasında ciddi narahatçılıq doğurur.
Yerli sakinlər aidiyyəti qurumların məsələyə vaxtında müdaxilə etməsini və yaşayış məntəqələrində təhlükəsizliyin təmin olunmasını istəyirlər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, vəhşi heyvanların yaşayış məntəqələrinə daxil olması halları müşahidə edildikdə vətəndaşlar dərhal qurumun qaynar xəttinə müraciət etməlidirlər.
Nazirlikdən qeyd olunub ki, daxil olan məlumatlar əsasında əraziyə baxış keçiriləcək, təhlükə yaradan heyvanlar tutularaq təbii yaşayış mühitinə qaytarılacaq.
Reklam
Oxşar xəbərlər
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ