Yuxuda nərdivan görmək necə yozulur?

Yuxuda nərdivan görmək necə yozulur?

İnanc 28.01.2026 19:12 9

Yuxuda nərdivan görmək irəliyə doğru hərəkətə, şəxsi və peşəkar həyatınızda yüksəlişə işarə edir. Bu, sizin enerjiniz və imkanlarınız sayəsində iş sahəsində lider mövqe tutmağınıza şərait yaradacağı anlamına gələ bilər.

Yuxuda nərdivan qaldırmaq çiçəklənmə və böyük xoşbəxtlik dövrünün başlandığını bildirir. Yuxu sahibi uğurlu və xoşbəxt bir mərhələyə qədəm qoyacaq.

Nərdivanla qalxmaq – Bu simvol çətinliklərlə üzləşib onları dəf etməyə, həmçinin yüksək vəzifə, nüfuz və ya uğura doğru irəliləməyə işarə edir.

Yuxuda nərdivandan enmək xoşbəxtlik, dərdlərin bitməsi və yeni fürsətlərə yol açılması ilə bağlıdır. Bəzən bu yeni evə köç və yaxşı münasibətlərə də dəlalət edir.

Nərdivandan yıxılmaq pis yoxulur. Məsələn, ticarətdə zəif nəticələr və ya həyatdakı səmərəsiz səylər kimi yozula bilər. Sınıq nərdivan isə ümumilikdə uğursuzluğa işarə edir.

Dəniz

Reklam