Yuxuda diş tökülməsi görmək nəyə işarədir?

Yuxuda diş tökülməsi görmək nəyə işarədir?

İnanc 10.01.2026 21:14 8

Yuxuda diş tökülməsi insanı narahat edən və yadda qalan yuxulardandır. Bu cür yuxular adətən insanın daxili qorxuları, itki hissi və həyatında baş verəcək dəyişikliklərlə əlaqələndirilir. Bəzən bu, yaxın gələcəkdə veriləcək mühüm qərarların və ya yaşanacaq psixoloji gərginliyin əlaməti kimi yozulur.

Psixoloji baxımdan diş tökülməsi özünə inamsızlıq, stress, yaşlanma qorxusu və ya dəyər verilən bir şeyi itirmə narahatlığı ilə bağlı ola bilər. Xüsusilə məsuliyyətin artdığı, insanın təzyiq altında olduğu dövrlərdə bu tip yuxular daha çox görülür.

Ənənəvi yuxu yozumlarında isə bir dişin tökülməsi yaxın bir insandan xəbər almağa və ya ondan uzaqlaşmağa, bir neçə dişin tökülməsi ailə daxilində yaşanacaq narahatlıqlara işarə edir. Qanla diş tökülməsi qohumlarla bağlı hadisə, ağrısız tökülmə isə sıxıntılardan qurtulmaq və rahatlama kimi şərh olunur.

Bəzi təfsirlərə görə isə diş tökülməsi mənfi yox, əksinə, yenilənmə və dəyişiklik rəmzidir. Yəni insanın həyatında köhnə bir mərhələnin bitib yeni bir dövrün başlanacağına işarə edə bilər. Yuxunun dəqiq mənası isə onu görən şəxsin yaşadığı vəziyyətə və yuxunun detallərinə görə dəyişir.

Altay

Reklam