Yusuf Güneyin qanında kokain aşkarlandı

Yusuf Güneyin qanında kokain aşkarlandı

Dünya 01.01.2026 10:57 14

Türkiyədə İstanbul Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik təhqiqatı çərçivəsində dekabrın 22-də saxlanılan müğənni Yusuf Güneydən götürülən qan və saç nümunələrinin test nəticələri açıqlanıb.

Az24.az xəbər verir ki, Güneyin saç nümunələrində kokain maddəsi müəyyən edilib.

Test nəticələrinin açıqlanmasından sonra sosial media hesabından mövzu ilə bağlı paylaşım edən Güney bunları yazıb: “İndi danışmaq mənim sıramdır… Mən utanılacaq heç bir şey etməmişəm. Bunu mənə niyə etdiklərini siz, ağlı başında olanlar, çox yaxşı bilirsiniz.”

Dəniz

Reklam