Yumurta 2 dəfə bahalaşdı – YENİ QİYMƏT

Yumurta 2 dəfə bahalaşdı – YENİ QİYMƏT

Sosial 20.11.2025 10:37 629

Son günlər həm kənd, həm də broyler yumurtasının qiymətində artım müşahidə edilir.

Az24.az ATV-yə istinadla xəbər verir ki, rayon bazarlarında satıcılar bildirir ki, kənd yumurtasının qiyməti son bir həftədə qalxıb və hazırda 50 qəpikdir.

Broyler yumurtası isə 23–30 qəpik arasında dəyişir. Alıcılar bahalaşmadan narazıdır və satıcılar qiymət artımını məhsulun azalması ilə izah edirlər.

İqtisadçı Ruslan Atakişev bildirir ki, yumurtanın bahalaşmasına bir neçə səbəb təsir edir: quşların saxlanması üçün tələb olunan dərman preparatlarının, yem və dənin qiymətinin artması, həmçinin rayonlarda ev təsərrüfatlarının sayının azalması kimi amillər var. Onun sözlərinə görə, maya dəyəri yüksəlməkdə davam edərsə, yumurtanın qiyməti də bundan sonra artmağa davam edə bilər.

Reklam