Bakı-Sumqayıt yolunda hərəkət bərpa olundu – YENİLƏNİB
Yol polisi əməkdaşlarının çevik müdaxiləsilə yola dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.
Hazırda Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən dairədə olan svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.
***
Bakıda avtomobilin yükünün yola dağılması tıxac yaradıb.
AZ24.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, Yasamal rayonu, “20 Yanvar” dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi “20 Yanvar” metrostansiyası və “Moskva” prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Reklam
Oxşar xəbərlər
7 yaşlı uşaq BIÇAQLANDI
Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü
Tuneldə geriyə hərəkət edən TIR qəzaya səbəb oldu – ANBAAN VİDEO
Müdafiə Nazirliyinin sabiq mayoru həbs edildi
Bakıda ağır qəza ANBAAN GÖRÜNTÜLƏNDİ – VİDEO
BDU-nun tələbəsi faciəli şəkildə öldü – FOTO