Yeni ildə mütləq izlənilməli FİLMLƏR
Yeni ilin yaxınlaşması ilə bir çox insan bayram ab-havasını hiss etmək üçün klassik və sevilən filmlərə üz tutur. Bayram günlərində ailəlikcə zaman keçirmək və evdə rahat atmosfer yaratmaq istəyənlər üçün ən çox izlənilən Yeni il filmlərinin siyahısını təqdim edirik.
“Home Alone” – 1990
Yeni il mövsümünün ən populyar klassiki.
Kevin adlı yeniyetmənin təsadüfən evdə tək qalması və oğrulara qarşı mübarizəsi həm komediya, həm də nostalji dolu anlarla yadda qalır.
“Home Alone 2: Lost in New York” – 1992
Seriyanın ən sevilən ikinci hissəsi.
Kevin bu dəfə Nyu-Yorkda yeni macəraya atılır. Şəhərin Yeni il bəzəkləri və film boyunca səslənən bayram musiqiləri onu xüsusi edir.
“The Holiday” – 2006
Romantik komediya sevənlər üçün ideal bayram filmi.
İki qadının bayram günlərində ev dəyişməsi və həyatlarında gözlənilməz dəyişikliklərin baş verməsi filmi populyar edən əsas məqamdır.
“Love Actually” – 2003
Yeni il ərəfəsində bir-biri ilə əlaqəli bir neçə sevgi hekayəsi təsvir olunur.
Romantik janrın ən sevilən bayram filmlərindən biridir.
“Klaus” – 2019
Animasiya janrında çəkilmiş uğurlu Netflix filmi.
Poçt işçisi ilə sehrli hədiyyəçi Klausun hekayəsi ailəlikcə izləmək üçün əla seçimdir.
“Last Christmas” – 2019
Londonun bayram atmosferini hiss etdirən romantik film.
Yeni il ovqatı, musiqilər və maraqlı süjet filmi daha çox görünən edir.
“Jingle All the Way” – 1996
Komediya və macəranın birləşdiyi film.
Ata, oğlunun istədiyi oyuncağı tapmaq üçün şəhəri alt-üst edir. Bayram ruhunu gücləndirən əyləncəli ekran əsəridir.
“The Santa Clause” – 1994
Təsadüfən Santa Klausa çevrilən bir kişinin macərası.
Sehr, yumor və ailə münasibətləri filmə xüsusi rəng qatır.
“The Christmas Chronicles” – 2018
Müasir bayram filmi.
İki uşaq Santa Klausu videoya çəkdikdən sonra hadisələr qeyri-adi şəkildə inkişaf edir.
“Miracle on 34th Street” – 1994
Yeni il möcüzəsinə inanmaq istəyənlər üçün ideal ekran işi.
Bir qızcığazın və anasının həyatına “həqiqi Santa”nın daxil olması filmi bayram klassikləri arasında saxlayır.
Altay
Reklam
Oxşar xəbərlər
Nostradamusdan DƏHŞƏTLİ PROQNOZ: Dünyanın sonu yaxınlaşır
Elm dünyasında 2026-da gözlənilən KƏŞFLƏR
Tünd şokoladın möcüzəsi: Yaşlanmanı yavaşlada bilər
Qrenlandiya haqqında maraqlı məlumatlar
Kitab oxumağa haradan başlayaq? – Yeni başlayanlar üçün tövsiyələr
Venesuela: Ölkə haqqında məlumat və mövcud vəziyyət
İstirahət üçün Avropanın 10 ən sərfəli istiqaməti açıqlandı