Yeni il tətilinin vaxtı dəqiqləşdi – RƏSMİ
Bəzi təhsil müəssisələrində ayın 29 və 30-u tarixlərinin Yeni il bayramı ilə əlaqədar həftə sonu günləri ilə əvəzlənərək 27 və 28-i tarixlərinə keçirilməsi ilə bağlı məlumat yayılıb. Hətta bəzi məktəblərdə bu barədə valideynlərə əvvəlcədən məlumat verildiyi də bildirilir.
Az24.az xəbər verir ki, bizim.media məsələni dəqiqləşdirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, iddialar doğru deyil.
“Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”, – deyə ETN-dən bildirilib.
Reklam
Oxşar xəbərlər
Mətanət Piriquliyeva 21 illik vəzifəsindən azad edildi
Nazir onu yeni prorektor təyin etdi
Prezidentin ad günündən ailə FOTOsu
Sabah Sumqayıtda min abonentin qazı kəsiləcək
JEK-lər ləğv olunur? – Kommunal ödənişlər dəyişə bilər
Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi
Qubada gəlin qayınanasının saçından tutub başını divara çırpdı
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – Yanvarın 18-də…