Yeni il gecəsi şəhərə çıxanlara ŞAD XƏBƏR
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək.
Az24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının daha intensiv olacağı nəzərə alınaraq təhlükəsiz, rahat və fasiləsiz daşınmanın təmin edilməsi məqsədilə müntəzəm marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib.
Qeyri-iş günlərində də sərnişindaşıma fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi, sürücülərin təsdiq olunan hərəkət qrafikinə riayət edilməsinə nəzarətin gücləndirilməsi daşıyıcıların diqqətinə çatdırılıb.
Reklam
Oxşar xəbərlər
Müəllimlərin sertifikasiyası ilə bağlı VACİB XƏBƏR
Bayram günü işləyən bu şəxslərin maaşı ikiqat ödənilməlidir
Saleh Səmədovun həbs müddəti uzadıldı
Azərbaycan təyyarəsi vurulub – Qazaxıstan hesabat açıqladı
Yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Bu tarixdə qısa iş günü olacaq
13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara RƏSMİ CAVAB
Bu yolda sürət həddi endirildi