18-35 yaşlı bu şəxslərə 500 min veriləcək – ŞAD XƏBƏR

18-35 yaşlı bu şəxslərə 500 min veriləcək – ŞAD XƏBƏR

Dünya 13.01.2026 12:26 5

Türkiyədə ailə həyatı qurmağa hazırlaşan maddi imkanı məhdud gənclər üçün yeni maliyyə dəstəyi mexanizmi tətbiq olunacaq.

Az24.az xəbər verir ki, bu barədə Diyanət İşləri İdarəsi məlumat yayıb.

Açıqlamada bildirilib ki, proqramdan yararlanmaq istəyən 18–35 yaş aralığında olan gənclər aidiyyəti dövlət qurumuna müraciət etməlidirlər.

Müəyyən edilmiş qaydalara görə, maliyyə dəstəyi alacaq şəxslərin aylıq gəliri minimum əməkhaqqından artıq olmamalıdır. Şərtlərə cavab verən gənclərə təqdim ediləcək yardımın məbləği 500 min lirə təşkil edir ki, bu da təxminən 19 min manat deməkdir.

Vurğulanır ki, sözügedən təşəbbüs gənclərin ailə qurmasını stimullaşdırmaq, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına töhfə vermək məqsədi daşıyır.

Dəniz

Reklam