Yaxın zamanda Zəngəzur dəhlizinin tikintisinə başlanılacaq – Nazir
Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun bərpasının layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq.
Az24.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə bildirib.
Onun sözlərinə görə, hazırda ildə 15 milyon tona qədər buraxılış qabiliyyəti olan Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır: “Horadiz-Ağbənd dəmir yolu ilə bağlı işlər 2026-cı ildə tamamlanacaq. Paralel olaraq, Azərbaycan Naxçıvandan keçən, təxminən 200 kilometrlik dəmir yolu hissəsinin bərpası üzərində işləyir. Biz bu magistralın layihələndirilməsini başa çatdırırıq və yaxın zamanda tikinti işlərinə başlayacağıq. Bir neçə gün sonra “Azərbaycan Dəmir Yolları” bu layihənin icrasına başlayacaq”.
Nazir vurğulayıb ki, bu ilin fevral ayından Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycan dəmir yollarının strukturuna inteqrasiya edilib: “Bu, nəqliyyat əməliyyatlarının və logistik proseslərin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Cari ilin 10 ayı ərzində Bakı limanında Azərbaycan dəmir yolları tərəfindən emal olunan yüklərin miqdarı təxminən 40 % artıb”. (modern.az)
Reklam
Oxşar xəbərlər
Nazirlikdə yeni təyinat – FOTO
Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı
Prezident ərzaq təminatı ilə bağlı VACİB FƏRMAN imzaladı
Türkiyə və Belarus sülh danışıqlarında vasitəçi ola bilər – Lavrov
Ukrayna və ABŞ Trampın sülh planı ilə bağlı RAZILIĞA GƏLDİ
Azərbaycan bu ölkələrlə vizanı ləğv etdi – SİYAHI
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib – FOTO
Ramiz Mehdiyev vəkilindən imtina etdi