Yatarkən işıqlı otaq ürək üçün təhlükə yaradır – Alimlər xəbərdarlıq edir
Yeni araşdırma göstərib ki, yatarkən otaqda ən zəif işıq belə ürək-damar sistemi üçün risk yarada bilər.
AZ24.az xəbər verir ki, Böyük Britaniyada keçirilən tədqiqatlara görə, gecə işığının təsiri yuxu zamanı bədənin bioloji ritmlərini pozur və ciddi sağlamlıq fəsadlarına yol aça bilər.
Dərc edilən araşdırmada yüzlərlə insanın yuxu şəraiti və sağlamlıq göstəriciləri müqayisə edilib. Alimlər müəyyən edib ki, tam qaranlıqda yatan şəxslərdə ürək xəstəlikləri, yüksək təzyiq və insulin müqaviməti digər insanlara nisbətən daha az müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, telefon ekranının zəif işığı, küçə lampalarının parıltısı və ya televizorun yanıq vəziyyətdə qalması belə yuxu keyfiyyətinə ciddi təsir edir. Bu səbəbdən yataq otağında tam qaranlıq təmin etmək, qalın pərdələrdən istifadə etmək, elektron cihazları yataqdan uzaq tutmaq və ekran işığını minimuma endirmək tövsiyə olunur.
Alimlərin fikrincə, yuxu zamanı işığın azaldılması ürək-damar sağlamlığını qorumaq üçün ən sadə, lakin təsirli addımlardan biridir.
Reklam
Oxşar xəbərlər
İmmuniteti gücləndirən 10 QIZIL QAYDA
Gül suyunun faydaları
Gündə 5 dəqiqə gəzmək ömrü UZADIR
Mandarinin ən faydalı hissəsini atırmışıq…
Kifayət qədər su içməmək nələrə səbəb olur?
Çay və qəhvə ağciyərlərin fəaliyyətini yaxşılaşdırır
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR
Nar bu xəstəlik riskini AZALDA BİLƏR