Yaşar Gülərdən qəzaya uğrayan təyyarə ilə bağlı AÇIQLAMA: “İki ay çəkəcək”
Gürcüstanda 20 hərbçinin həlak olduğu Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzası ilə bağlı araşdırmalar davam edir.
Az24.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin sözlərinə görə, təyyarədən götürülən qara qutular hazırda TUSAŞ mütəxəssisləri tərəfindən incələnir və onların tam deşifrə olunması üçün ən azı iki ay vaxt tələb olunacaq.
Nazir bildirib ki, C-130 tipli təyyarələr 1957-ci ildən bəri istifadə olunur və istismar baxımından etibarlı hesab edilir:
“Bu model təyyarələrlə bağlı uzun illər ərzində yalnız bir dəfə mühərrik yanması qeydə alınıb. Ümumilikdə, təhlükəsiz platformadır.”
Yaşar Gülər qəzanın ilkin səbəbinə dair məlumat da verib: “İlkin tapıntılar göstərir ki, əvvəlcə təyyarənin quyruq hissəsi qırılıb, daha sonra gövdə üç yerə parçalanıb.”
Hadisə ilə bağlı təhqiqat davam edir.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO