Yasamaldakı dəhşətli yanğınla bağlı YENİ XƏBƏR – Təxliyə qapısı qapadılıb
Binanın təxliyə olunmaq üçün nəzərdə tutulan qapısı “Loft” restoranı tərəfindən nəzarətə götürülərək qapadılmışdı.
Az24.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri bir neçə gün əvvəl restoran əməkdaşları tərəfindən döyülən binanın ustası Yusif Həsənov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təxliyə qapısı vətəndaşların istifadəsində olsa idi, ölüm hadisəsi baş verməzdi:
“Bir neçə gün əvvəl şaxtanın açarını restoran sahiblərindən istədim, vermədilər və məni döydülər. Komendant Samir Məmmədov oranı təmizləmək üçün mənə tapşırıq vermişdi. Amma icazə vermədilər. Məni döydülər və bundan sonra polisə şikayət etdik. Daha sonra üzr istədilər, barışdıq. Şaxtanın bizə aid olan hissəsini bağlayıblar, girişə icazə vermirlər. Orada avtomobillərin elektrikdoldurma cihazları üçün generator quraşdırıblar. Yanğın da orada başladı və tüstüdən insanlar zəhərləndilər. Amma düzü, bilmirəm, generator qurğuları o cihazlara qoşulub, ya yox. İki ilə yaxındır, burada çalışıram, amma bir dəfə də olsun, zirzəmiyə daxil ola bilməmişəm”.
Xatırladaq ki, noyabrın 21-i, axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…