Yasamalda yanğında 3 nəfər öldü – Ölənlərin kimliyi bilindi – YENİLƏNİB

Yasamalda yanğında 3 nəfər öldü – Ölənlərin kimliyi bilindi – YENİLƏNİB

Hadisə 21.11.2025 22:48 87

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərin ikisinin kimliyi məlum olub.

“Report”un əməkdaşı hadisə yerindən xəbər verir ki, onlar – 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və daha bir nəfərdir.

Qeyd edək ki, Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

***

21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

“AZ24” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb.

“Report”un əldə etdiyi ilkin məlumata görə, yanğın zamanı ölənlərdən biri yeniyetmədir. Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən binanın elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.

Mənzillər yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın məhdudlaşdırılıb.

“AZ24” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

AZ24.az xəbər verir ki, FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ilə bağlı Nazirliyin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.

Reklam