Yaponiyada 7,6 bal gücündə zəlzələ – Tsunami xəbərdarlığı edildi

Yaponiyada 7,6 bal gücündə zəlzələ – Tsunami xəbərdarlığı edildi

Dünya 08.12.2025 20:00 25

Yaponiyada 7,6 bal gücündə güclü zəlzələ baş verib.

AZ24.az xəbər verir ki, zəlzələnin episentri Aomori prefekturasının 73 km şimal-şərqində olub və təxminən 53 km dərinlikdə qeydə alınıb.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı can və ya mal itkisi qeydə alınmayıb.

Güclü təkanlardan sonra tsunami xəbərdarlığı elan edilib. Xəbərdarlıqda dalğaların 3 metrə qədər yüksələ biləcəyi və sahillərə bir neçə dəfə çırpıla biləcəyi bildirilib.

Reklam