Yanğında həlak olan ana və iki övladının FOTOları

Yanğında həlak olan ana və iki övladının FOTOları

Hadisə 05.12.2025 11:32 62

Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında ölən 4 nəfərin adları müəyyənləşib.

AZ24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı həlak olan şəxslər ana, 2 övladı və qonşu olub.

Onların adlarını təqdim edirik: Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və Yusif Hüseynov (1953).

Xatırladaq ki, Y.Hüseynov qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib.

Qeyd edək ki, yanğın zamanı 4 nəfər də xəsarət alıb. Onlardan 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilib.1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Fotoda: Zülfiyyə Yusifova

Fotoda: Yusif Yusifov

Fotoda: Məryam Yusifova

Reklam