Xatirənin Moskva səfəri gecikdi: müğənni 11 saat hava limanında qaldı

Xatirənin Moskva səfəri gecikdi: müğənni 11 saat hava limanında qaldı

Şou 11.01.2026 13:22 29

Müğənni Xatirə İslam Moskvaya uçmaq üçün Bakıda hava limanında uzun müddət gözləməli olub. Gecikmə sənətçini çətin vəziyyətdə qoyub.

Az24.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək 11 saatdır hava limanında olduğunu bildirib.

“Artıq 11 saatdır hava limanındayam. Başda dedim, əgər bir saata uçuş açılmazsa, evə qayıdacam. Amma bu saatadək gözlədim. Ayaqlarım şişib, yorğunam. Yatsam yəqin yuxuma da girməzdi ki, 11 saat təyyarənin gecikməsini gözləyəcəyəm.”

Xatirə İslam əlavə edib ki, Moskvada əlverişsiz hava şəraiti səbəbindən bir çox reyslər ya təxirə salınıb, ya da gecikib. Onun sözlərinə görə, ona uçuşun axşam saat 20:00-da həyata keçirilə biləcəyi bildirilib.

Paylaşımının sonunda müğənni izləyicilərinə “Allah özü salamatçılıq etsin” deyə müraciət edib.

Dəniz

Reklam