Xatirə Xankəndidəki konsertdən imtina edib? – Özü açıqladı

Xatirə Xankəndidəki konsertdən imtina edib? – Özü açıqladı

Cəmiyyət 18.12.2025 16:30 43

Müğənni Xatirə İslam Rusiyada daha yüksək qonorar alacağı üçün Xankəndidəki konsertdə oxumaqdan imtina etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Az24.az xəbər verir ki, müğənni sosial media hesabında mövzu ilə bağlı açıqlama yayıb.

O bildirib ki, Yeni il günü Bakıda olacaq:

“Mən çox zaman haqqımda yayılan xəbərlərə münasibət bildirmirəm. Bu pis və ya yaxşı xəbər ola bilər. Xəbərin başlığından. Qoyulan başlıqdan bilirəm ki, bu xəbər hansı niyyətlə yazılıb. Mən onları Allaha həvalə edirəm. Bu gün də qarşıma bəzi xəbərlər çıxdı. Demək istəyirəm ki, bunlar gerçək deyil. Mən yeni il günü Bakıda olacağam”.

Qeyd edək ki, Gununsesi.info-nun iddialarına görə, əslən Xankədidən olan məşhur müğənni Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə adıçəkilən şəhərdə təşkil olunacaq bayram konsertində oxumaqdan imtina edib.

Müğənni əvvəlcə konsertin təşkilatçıları ilə danışığında buna razılaşsa da, sonradan qərarını dəyişib. Xatirə İslam Rusiya paytaxtında təşkil olunacaq Yeni İl şənliyində daha yüksək qonorar təklifini qəbul etdiyi üçün Xankəndi şəhərində oxumaqdan imtina edib.

“Heç kim Xankəndindəki tədbirlə bağlı bizə müraciət etməyib. Nə mənim, nə Xatirə xanımın xəbəri var”.

Bu sözləri Musavat.com-a açıqlamasında müğənni Xatirə İslamın köməkçisi Qönçə xanım deyib.

O bildirib ki, Yeni il tədbiri ilə bağlı kimsə onlarla əlaqə saxlamayıb:

“Birinci araşdırılsın ki, Xankəndində tədbir varmı? Kim təşkil edir? Bizə kim zəng edib? Heç kim Xankəndindəki tədbirlə bağlı bizə müraciət etməyib. Nə mənim, nə Xatirə xanımın xəbəri var. Xatirə xanımla bağlı zənglərə, tədbirlərə mən baxıram. Mənə zəng edilməyib. Xatirə xanımla da əlaqə saxlamayıblar. Bu xəbərlər həqiqəti əks etdirmir”.

Müğənni Xatirə İslam Rusiyada daha yüksək qonorar alacağı üçün Xankəndidəki konsertdə oxumaqdan imtina etməsi barədə yayılan xəbərlərə sosial media hesabında münasibət bildirib.

Reklam