Xanəndə maşını aşırdı: Baba və nəvə öldü, 5 nəfər xəsarət aldı – YENİLƏNDİ

Xanəndə maşını aşırdı: Baba və nəvə öldü, 5 nəfər xəsarət aldı – YENİLƏNDİ

Hadisə 09.12.2025 13:55 335

Zərdabda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb.

Az24.az xəbər verir ki, azyaşlı T.Məmmədovun xəstəxanada öldüyü bildirilir.

Məlumata görə, azyaşlı hadisə yerində ölən İntiqam Məmmədovun nəvəsdir. (milli.az)

***

Zərdab rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

Az24.az “Report”a istinadən xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Toyota Prius” markalı minik maşınının idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin İntiqam Qnyaz oğlu Məmmədov ölüb, altı nəfər xəsarət alıb.

Xəsarət alanlar bir ailənin üzvləridir. Yaralılardan biri azyaşlıdır, onun vəziyyətinin ağır olduğu bildirilib. Qeyd olunub ki, qəza törədən avtomobilin sürücüsü Məftun Məmmədov “Muğam müsabiqəsi”nin iştirakçısı olub və yarışda üçüncü yeri tutub.

Faktla bağlı araşdırma aparılır.

Reklam