Xalq artisti ərindən danışdı: “Allah onu başımdan əskik etməsin”
Xalq artisti Gülyanaq Məmmədova “Günə uğurla” verilişində duyğulu anlar yaşayıb.
Az24.az-ın məlumatına görə, efir zamanı ona hədiyyə olunan və üzərində müğənni ilə həyat yoldaşı Ziya bəyin fotosu əks olunan xüsusi saat sənətçini kövrəldib.
Gülyanaq Məmmədova ailəsində ağır sınaqlardan keçdiyini bildirib:
“Biz çox çətin sınaqlardan keçdik. Allah onu başımdan əskik etməsin. Hər bir qadının dəstəyi, gücü, əxlaqı, isməti, ailə dəyərləri həyat yoldaşından başlayır. Allah onu ailəmə, balalarıma çox görməsin”.
Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı bir müddət səhhətində ciddi problemlər yaşayırdı. Cütlüyün dörd övladı var.

Reklam
Oxşar xəbərlər
Nagehan yeni sevgilisi ilə… – FOTO
05.02.2026
16:34
Xana ailə qurdu – FOTO
05.02.2026
13:59
Qeyrətinizə haram olsun – Taleh Yahyayev bu dəfə onları HƏDƏF ALDI
04.02.2026
17:10
Çinarə belə kişiləri xoşlayır: Əyri ayaq, çəpgöz olsun – VİDEO
04.02.2026
12:03
Əflatun Qubadovun səsini batırmaq istədilər – VİDEO
04.02.2026
11:18
Özümdən o qədər utanıram ki… – Səidə Rəqsanənin üzrünə CAVAB VERDİ
03.02.2026
12:26