Xalq artisti ərindən danışdı: “Allah onu başımdan əskik etməsin”
Xalq artisti Gülyanaq Məmmədova “Günə uğurla” verilişində duyğulu anlar yaşayıb.
Az24.az-ın məlumatına görə, efir zamanı ona hədiyyə olunan və üzərində müğənni ilə həyat yoldaşı Ziya bəyin fotosu əks olunan xüsusi saat sənətçini kövrəldib.
Gülyanaq Məmmədova ailəsində ağır sınaqlardan keçdiyini bildirib:
“Biz çox çətin sınaqlardan keçdik. Allah onu başımdan əskik etməsin. Hər bir qadının dəstəyi, gücü, əxlaqı, isməti, ailə dəyərləri həyat yoldaşından başlayır. Allah onu ailəmə, balalarıma çox görməsin”.
Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı bir müddət səhhətində ciddi problemlər yaşayırdı. Cütlüyün dörd övladı var.

Reklam
Oxşar xəbərlər
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
11.01.2026
12:00
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
10.01.2026
16:46
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
10.01.2026
13:10
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
10.01.2026
10:00
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir
09.01.2026
10:51
Məhkəmə Rəqsanə ilə bağlı QƏRAR VERDİ
09.01.2026
10:09