Xaçmazda bu ərazilərdə sabah qaz kəsiləcək
Xaçmaz rayonunda Qusarçay kəndi istiqamətində istismarda olan D-315 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən AZ24.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xaçmaz şəhərinin bir hissəsinin və 26 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımıqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacısıoba, Maşıoba, Çiləgir, Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Çaykənarı, Ağaşirinoba, Manafoba, Gəncəli, Şıxlı kəndlərində və şəhərin bir hissəsində – ümumilikdə 10 min 346 abonentə təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.
Reklam
Oxşar xəbərlər
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ