Wi-Fi zəifdirsə bunları edin – Sürət dərhal ARTACAQ

Wi-Fi zəifdirsə bunları edin – Sürət dərhal ARTACAQ

Texnologiya 15.12.2025 19:22 17

Evdə və ya iş yerində internetin zəif işləməsi bir çox istifadəçinin üzləşdiyi problemlərdən biridir. Əksər hallarda bu vəziyyət provayderlə əlaqələndirilsə də, problemin səbəbi Wi-Fi routerinin yerləşdiyi yer, ayarları və gündəlik istifadə vərdişləri ola bilər.

Routerin evin küncündə, yerə yaxın və ya qapalı məkanda yerləşdirilməsi internet siqnalının zəifləməsinə səbəb olur. Mütəxəssislər routerin evin mərkəzində, açıq və yerdən bir qədər hündür mövqedə saxlanılmasını tövsiyə edir. Divarlar və metal əşyalar siqnalın yayılmasına mane ola bilər.

Uzun müddət fasiləsiz işləyən routerlər zamanla yavaşlaya bilir. Bu səbəbdən routeri həftədə ən azı bir dəfə qısa müddətə söndürüb yenidən yandırmaq internet sürətinin stabilləşməsinə kömək edir.

Eyni Wi-Fi şəbəkəsinə çox sayda cihazın qoşulması da sürətin azalmasına təsir göstərir. Telefon, televizor, planşet və digər ağıllı cihazlar aktiv olduqda internet sürəti bölünür. İstifadə edilməyən cihazların Wi-Fi bağlantısını söndürmək tövsiyə olunur.

Routerin mikrodalğalı soba, simsiz telefon və qalın beton divarlara yaxın yerləşdirilməsi də siqnalı zəiflədir. Bu cür maneələrdən uzaq məsafədə yerləşdirilən router daha stabil bağlantı təmin edir.

Köhnə model routerlər yeni internet paketlərinin sürətini tam ötürməyə bilər. Xüsusilə sürətli internet istifadəçiləri üçün routerin texniki imkanları mühüm rol oynayır. Zərurət olduqda routerin yenilənməsi məsləhət görülür.

Wi-Fi şifrəsinin uzun müddət dəyişdirilməməsi və çox insanla paylaşılması internetin xəbərsiz istifadə olunmasına səbəb ola bilər. Şifrənin yenilənməsi sürətin artmasına müsbət təsir göstərir.

Qeyd edək ki, bəzi hallarda modem ayarlarının yanlış qurulması da internetin zəifləməsinə gətirib çıxarır. Avtomatik kanal seçimi və təhlükəsizlik parametrlərinin yoxlanılması problemi aradan qaldıra bilər.

Mütəxəssislər bildirir ki, Wi-Fi zəif olduqda ilk növbədə sadə texniki addımlar yoxlanılmalı, problem davam edərsə provayderlə əlaqə saxlanılmalıdır.

Altay

Reklam