“Whatsapp”da gözlənilən yenilik istifadəyə verilir

“Whatsapp”da gözlənilən yenilik istifadəyə verilir

Texnologiya 07.01.2026 09:48 6

“Whatsapp”da mesajların avtomatik silinməsi ilə bağlı yeni yenilik istifadəyə veriləcək.

AZ24.az xəbər verir ki, mesajlaşma tətbiqinin test versiyasında “yoxa çıxan mesajlar” funksiyası genişləndirilərək daha qısa vaxt seçimlərinin əlavə olunacağı məlum olub.

Yeni funksiyaya əsasən, istifadəçilər mesajların 1 saat və ya 12 saat ərzində avtomatik silinməsini seçə biləcəklər. Bu seçimlər hazırda mövcud olan 24 saat, 7 gün və 90 gün variantlarına əlavə ediləcək. Funksiya yalnız yeni başlayan fərdi söhbətlərə şamil olunacaq və əvvəlki yazışmalara təsir etməyəcək.

Qeyd edək ki, yeniliyin bütün istifadəçilər üçün nə vaxt aktiv ediləcəyi ilə bağlı hələlik “Whatsapp” tərəfindən rəsmi açıqlama verilməyib. Yeni xüsusiyyətin əsas məqsədi məxfilik səviyyəsini artırmaq və mesajların lazımsız şəkildə uzun müddət saxlanmasının qarşısını almaqdır.

Reklam