Vüsalənin verilişi niyə yarıda kəsildi? – Xəzər TV-dən AÇIQLAMA
Xəzər TV bu gün efirə gedən “İncə səhər” verilişinin yarımçıq dayandırılması ilə bağlı açıqlama yayıb.
Az24.az xəbər verir ki, açıqlamada bu gün saat 10:38-də “İncə Səhər” verilişinin yayımı zamanı texniki problem yarandığı bildirilib.
Qeyd olunub ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib:
“Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb.
Fayl “playout” sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb”.
Xəzər TV tərəfindən yaranmış narahatlığı anlayışla qarşıladıqları və efiri diqqətlə izlədikləri üçün izləyicilərə minnətdarlıq edilib.
***
“Xəzər TV”də efirə gedən “İncə səhər” verilişinin yayımının tanınmış müğənni Almaxanım Əhmədlinin ifasından sonra dayandırılması müzakirələrə səbəb olub.
Az24.az pravda.az-a istinadla xəbər verir ki, yayımın Mədəniyyət Nazirliyinin tapşırığı ilə dayandırıldığı iddia olunur.
Almaxanım Əhmədli bu məsələyə münasibət bildirməyib.
İfaçının atası, professor Vüqar Əhməd isə məsələyə aydınlıq gətirib: “Montajda problem olub. Vüsalə xanım (red.- aparıcı Vüsalə Əlizadə) Bakıda deyil. İlk dəfə olaraq çəkiliş etmişdi. Veriliş “brak” gedib. Hazırda montaj gedir, sabah yenidən efirə veriləcək. Heç bir problem yoxdur”.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək