“Vidadi Bərdəlinin sənəti məndə olsaydı, “dünyanı dağıdardım”” – Manaf Ağayev
Müğənni Manaf Ağayev “Rəngarəng” verilişində səmimi açıqlamaları ilə diqqət çəkib.
Az24.az xəbər verir ki, ifaçı mərhum sənətkar Vidadi Bərdəli ilə bağlı xatirələrini bölüşərək onun sənətinə yüksək qiymət verib.
Ağayev bildirib ki, söhbət Bakı kəndlərindən birində keçirilən toy məclisində lentə alınmış və sosial şəbəkələrdə yayılan videodan gedir. Həmin toyda Yaqub Əmirov, Arif Babayev, Könül Xasıyeva, Zabit Nəbizadə kimi tanınmış sənətçilərin də iştirak etdiyini xatırladan müğənni, Vidadi Bərdəlini yaxın dostu adlandırıb.
Manaf Ağayev qeyd edib ki, Vidadi Bərdəli böyük sənət və səs sahibi olsa da, onun dəyəri lazımi qədər verilməyib:
“Düzdür, özünün də günahı vardı. Amma Vidadi mənim yaxın dostum olub. Onun sənəti, səsi məndə olsaydı, and olsun “dünyanı dağıdardım”. Ondan o yana sənət yoxdur”.
İfaçı daha sonra iddialı fikirləri ilə diqqət çəkib:
“Beş Manaf ona çata bilməzdi. Ustad ola bilərlər, amma heç kim deyə bilməz ki, mənim sənətim Vidadidən üstündür. Hamısını “nakaut” edər”.
Manaf Ağayevin bu açıqlamaları verilişdən sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. (milli.az)
Reklam
Oxşar xəbərlər
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir
Məhkəmə Rəqsanə ilə bağlı QƏRAR VERDİ