Vəzifədən azad edilən Teymur Mehdiyev kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Az24.az Teymur Ramiz oğlu Mehdiyevin dosyesini təqdim edir:
Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil alıb.1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə həmin Universiteti bitirib.
1997–1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 1999–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, 2001–2004-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb.
2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində işləyib.
2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib.
Dövlət başçısının 14 dekabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq