Vətən müharibəsi qazisi DƏHŞƏT SAÇDI: anasını öldürdü, arvadını yaraladı
Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Az24.az xəbər verir ki, hadisə bu gün səhər 5 radələrində rayonun Faxralı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1963-cü il təvəllüdlü Zoya Rüstəm qızı Əhmədova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı Z.Əhmədovanın gəlini, 1995-ci il təvəllüdlü Jalə Sahib Qızı Yolçuyeva da bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, hadisəni Z.Əhmədovanın oğlu, Vətən müharibəsi qazisi, üçüncü qrup əlil, 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev törədib.
Hadisənin ailə münaqişəsi zəmininə baş verdiyi bildirilir.
Qeyd edilib ki, cinayəti törətdikdən sonra E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

Reklam
Oxşar xəbərlər
“Bandotdel” əməliyyat keçirdi – Saxlanılanlar var – VİDEO
“Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş – FOTO
Tanınmış polkovnikin oğlu vəfat etdi
Tanınmış cərrah vəfat etdi – FOTO
Xırdalanda GÜCLÜ YANĞIN – VİDEO
Bakıda məşhur hoteldə QƏTL – Ofisiant öldürüldü – FOTO
Piyada keçidində piyada maşının üzərinə tullandı – ANBAAN GÖRÜNTÜLƏR