Vergi Xidmətində onlara yüksək vəzifə verildi
Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsində kadr dəyişiklikləri olub.
Az24.az milli.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Belə ki, Aksiz markalarının satışı və tətbiqinə nəzarət şöbəsinin rəisi Fərid Hacıyev vəzifəsindən azad olunaraq Təhlil şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
İndiyədək Sənədlərlə iş şöbəsinin rəisi vəzifəsində çalışan və Vətəndaşların qəbuluna məsul şəxs olan Əşrəf Əliyev isə Markaların dövriyyəsinə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Təhlil və əlaqələndirmə şöbəsinin rəisi olmuş Elşən Əmrahov da Təqib və izləmə sisteminə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Vətəndaşların qəbuluna məsul şəxs vəzifəsinə isə Gülşən İslamova təyin edilib.
Reklam
Oxşar xəbərlər
Dollar bahalaşacaqmı? – İqtisadçıdan 2026-cı il üçün PROQNOZ
Zara İbrahimzadəyə yüksək VƏZİFƏ VERİLDİ – FOTO
Azərbaycandan Ermənistana 48 vaqon neft məhsulları göndərildi
Bu tikinti şirkəti ləğv olunur
Bakının bu ərazilərində torpaq sahələri bahalaşdı – SİYAHI
Sabah Azərbaycan Ermənistana neft göndərəcək
Bu valyutalar ucuzlaşdı