Venesuelada müxalifət HƏRƏKƏTƏ KEÇDİ – Tam hazırıq!
Nobel Sülh Mükafatı laureatı, Venesuela müxalifətinin lideri Maria Korina Maçado ölkədə hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə müxalifətin dövlət idarəçiliyini üzərinə götürməyə tam hazır olduğunu bəyan edib.
Az24.az xəbər verir ki, Maçadonun sözlərinə görə, müxalifət artıq yalnız etiraz və siyasi mübarizə mərhələsində deyil, konkret idarəetmə planları olan alternativ hökumət modelini formalaşdırıb.
O bildirib ki, müxalifətin ilk 100 saat üçün fövqəladə tədbirlər planı, ilk 100 gün üçün isə iqtisadi, sosial və təhlükəsizlik sahələrini əhatə edən yol xəritəsi hazırdır.
Maria Korina Maçado vurğulayıb ki, Venesuelada mövcud böhran yalnız siyasi deyil, həm də humanitar və institusional böhrandır və bu vəziyyətdən çıxış üçün ölkənin legitim, xalqın iradəsinə söykənən rəhbərliyə ehtiyacı var. (musavat)
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO