Vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə verilsin – TƏKLİF

Vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə verilsin – TƏKLİF

Cəmiyyət 20.11.2025 17:33 21

Milli Məclisdə vəfat edən şəxsin pensiya kapitalının vərəsələrə verilməsi məsələsi müzakirə olunub.

Az24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.

“Elə şərait yaratmaq lazımdır ki, pensiyaya çıxmağa bir qədər qalmış müddətdə insanlar pensiya kapitalından istifadə etsinlər. Vətəndaş pensiyaya çıxan zaman və ya çıxmamışdan dünyasını dəyişibsə, onun pensiya kapitalının vərəsələrə verilməsi istiqamətində qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edirəm”, – deputat bildirib.

Reklam