Vasif Məhərrəmli müğənniləri tənqid etdi: “Camaatı özünüzə güldürürsünüz”
Əməkdar artist Vasif Məhərrəmli toylarda şabaşıların sosial şəbəkələrdə paylaşılmasına qarşı çıxıb və həmkarlarını bu davranışa son qoymağa çağırıb.
Az24.az xəbər verir ki, müğənni “Rəngarəng” verilişində çıxışı zamanı son dövrlərdə sənətçilərin toy mərasimlərində aldıqları pulları videoya çəkib paylaşmasını düzgün saymadığını bildirib:
O bildirib ki, insanlar sənətçilərin bu hərəkətinə gülürlər:
“Acizanə dərəcədə sizdən xahiş edirəm: toyda, nişanda əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır, siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur. Amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz”.
Vasif Məhərrəmli əlavə edib ki, bəzi sənətçilər bir-birilərini təqlid edərək bu cür paylaşımları davam etdirirlər. Onun sözlərinə görə, bununla bağlı həmkarı Manaf Ağayevi də xəbərdar edib və eyni tərzdə olan videonu sildirib.
Reklam
Oxşar xəbərlər
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir