“Vaqa”nın cinayət işinə xitam verildi
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan cinayət işinə xitam verilib.
Az24.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, istintaq orqanının qərarı ilə onun barəsində başlanmış cinayət işinin istintaqı başa çatıb və işə xitam verilib.
Xatırladaq ki, V.Zeynalzadə 2024-cü ilin dekabr ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi V.Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləmişdi.
Reklam
Oxşar xəbərlər
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərdarlıq yox, faiz var: Bələdiyyədən sakinlərə Yeni il “SÜRPRİZİ”