Valideynlik hüquqları hansı hallarda məhdudlaşdırılır?
Azərbaycan qanunvericiliyi valideynlik hüquqlarının həyata keçirilməsində əsas meyar kimi uşağın maraqlarını ön plana çəkir. Uşaqların fiziki, psixoloji və mənəvi təhlükəsizliyinin qorunması dövlətin prioritetlərindən biridir. Valideynlərin öz hüquqlarından sui-istifadə etməsi və ya vəzifələrini yerinə yetirməməsi isə ciddi hüquqi nəticələrə səbəb ola bilər. Müəyyən hallarda valideynlər məhkəmə qərarı ilə valideynlik hüquqlarından məhrum edilə bilərlər.
Mövcud qanunvericiliyə görə valideynlik hüquqları uşaqların maraqlarına zidd şəkildə həyata keçirilə bilməz. Valideynlər bu hüquqlardan istifadə edərkən uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına zərər vurmamalıdırlar. Uşaqların tərbiyəsi prosesində onların istismar edilməsi, alçaldılması, təhqir olunması, qəddarlıq, kobudluq və laqeyd münasibət yolverilməzdir. Valideynlik hüquqlarını həyata keçirərkən uşağın hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Valideynlər bir sıra hallarda valideynlik hüquqlarından məhrum edilə bilərlər. Bu hallara valideynlik vəzifələrinin yerinə yetirilməməsi, alimentin qəsdən ödənilməməsi, üzürlü səbəb olmadan uşağın doğum evindən və ya sosial xidmət müəssisəsindən götürülməsindən imtina edilməsi, valideynlik hüquqlarından sui-istifadə, uşaqlara qarşı məişət zorakılığı, xroniki alkoqolizm və ya narkomaniya, uşaqların və ya həyat yoldaşının sağlamlığına və ya həyatına qarşı qəsdən cinayət törədilməsi, eləcə də uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətlər aiddir.
Valideynlik hüquqlarından məhrumetmə prosesi yalnız məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə bu cür işlərə valideynlərdən birinin, müvafiq icra hakimiyyəti orqanının, prokurorun və ya yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiə edən qurumların müraciəti əsasında baxır. İşə baxılarkən tərəflərin iştirakı təmin olunur. Eyni zamanda, məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən uşağa aliment tutulması məsələsini də həll edir.
Vəkil valideynlik hüquqlarından məhrumetmə halında valideynlər uşaqla qohumluq münasibətindən irəli gələn bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, uşaqlar üçün nəzərdə tutulmuş dövlət müavinətləri və imtiyazlardan yararlanmaq hüququnu itirirlər. Bununla belə, valideynlik hüquqlarından məhrum edilmiş şəxslər uşağın saxlanılması ilə bağlı öhdəliklərdən azad olunmurlar.
Dəniz
Reklam
Oxşar xəbərlər
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Minimum əmək haqqı anlayışı dəyişdirildi
Bu yolda sürət həddi endirildi
İxtisar zamanı bu şəxslərə toxunulmayacaq
Sosial şəbəkələrdə bunu edənlər cəzalandırılacaq
Azərbaycana soyuq hava dalğası gəlir
Maaşlar ayda 2 dəfə veriləcək – YENİ QAYDA