“Uşaq Avroviziyası”nın qalibi Fransa oldu – VİDEO

“Uşaq Avroviziyası”nın qalibi Fransa oldu – VİDEO

Mədəniyyət 13.12.2025 22:36 16

Tbilisidə keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi Fransa olub.

AZ24.az xəbər verir ki, beynəlxalq müsabiqədə ümumilikdə 18 ölkə iştirak edib.

Azərbaycan yarışmada 12 yaşlı Yağmur Nəsrullayeva ilə təmsil olunub. O, “Miau Miau” mahnısı ilə 66 xal toplayaraq 15-ci yerdə qərarlaşıb.

Müsabiqədə ilk beşlikdə Fransa ilə yanaşı Ukrayna, Gürcüstan, Ermənistan və İspaniya yer alıb.

Reklam