Azərbaycanda universitet müəllimi tələbəsinə ad günündə belə jest etdi – VİDEO

Azərbaycanda universitet müəllimi tələbəsinə ad günündə belə jest etdi – VİDEO

Cəmiyyət 15.11.2025 10:05 82

Azərbaycanda universitet müəllimi maraqlı addımı ilə diqqət çəkib.

Az24.az xəbər verir ki, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər fakültəsinin müəllimi, dosent Zaur Əliyev doğum günü olan tələbəsinin valideyninə zəng edib.

Alim Nigar Qulamova adlı tələbəsinin anasına “övladınıza gözəl tərbiyə verdiyinizə görə təşəkkür edirik, onunla fəxr edirik” sözlərini söyləyib.

N.Qulamovanın telefona çəkdiyi kadları sosial şəbəkələrdə paylaşan Z.Əliyev hər bir tələbənin ad gününü olduğunu biləndə bu cür addım atdığını söyləyib.

“Ailələr bilsin ki, övladları əmin əllərdədir”, – deyə o yazıb.

Onun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən çoxsaylı bəyənmə toplayıb.

Həmin görüntüləri təqdim edirik:

Reklam