Ukraynanın kütləvi hücumu – Moskva iflic oldu
Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus daha dörd pilotsuz təyyarəni Moskvaya yaxınlaşarkən vurub.
AZ24.az xəbər verir ki, bu sözləri Moskva meri Sergey Sobyanin Teleqram kanalında yazıb.
O, Moskva vaxtı ilə saat 18:57-də 2, 19:03-də isə daha 2 PUA-nın vurulduğunu bildirib.
Pilotsuz təyyarələrin düşdüyü qəza yerində təcili yardım xidmətləri işləyir. Moskva meri yerdə itkilər və dağıntılar barədə heç bir məlumat verməyib.
Ümumilikdə Moskva yaxınlığında bu gün 23 PUA vurulub.
PUA hücumlarına görə hava limanlarına məhdudiyyətlər tətbiq edilib. Hazırda Vnukovo hava limanında məhdudiyyətlər hələ də qalır.
Qeyd edək ki, bundan əvvəl Moskvadan uçan təyyarələrin gecikməsinə səbəb kimi hava şəraiti göstərilmişdi. (axar.az)
Reklam
Oxşar xəbərlər
Türkiyədə İŞİD-ə qarşı əməliyyat – Polislər xəsarət aldı
Avtomobillərə texniki baxış bahalaşır – Yeni tariflər bəlli oldu
Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı
Bu məşhurlar da saxlanıldı
Ukrayna ilə Rusiya razılaşdı – Bu ərazidə atəşkəs elan olundu
Paşinyan baraban çaldı – VİDEO
Rusiya Ukraynada bu şəhərləri ələ keçirdi